Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi və təşkialtçılığı ilə Türkiyədə “Osmanlı sənədlərində Azərbaycan” kitabı nəşr edilib. Layihənin rəhbəri Mərmərə Universitetinin doktoru Fəxri Solak, hazırlayanları isə doktor əli Yılmaz, doktor Dundar əliqılınc, Abdulla Sivridağ və Nedim Pakirdağdır.
Kitabda Osmanlı imperiyası dövründə Azərbaycanla bağlı qəbul edilmiş sənəd və məktubların əsli və sənədin latın qrafikasında yazılışı verilmişdir. Yüksək poliqrafik üslubda nəşr edilən kitab əsasən aradırmalarda istifadə üçün nəzərdə tutulub. Layihə müəlliflərinin fikrincə, Türkiyənin müxtəlif arxivlərində olan sənədlərin bir kitabda cəmləşdirilməsi bu mənbələrdən daha sıx şəkildə tanış olmağa imkan yaradacaqdır.
Qeyd edək ki, Türk Dünyası Bələdiyyələr Birliyinin xəttiylə Azərbaycana həsr olunan sayca üçüncü nəşridir.
Belediyye.info